Çox oxunanlar

Xəbər lenti

Rusiyada Afrika taunu yayılıb
Rusiyada Afrika taunu yayılıb 20 сен 2019, 12:57

“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu

19 сен 2019, 11:32
104
“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu
“Bakı Metropoliteni”nin “Xətai” metrostansiyasında eskalator xarab olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, eskalatorlar qısa zaman kəsiyində işləməyib:

“Eskalatora plastik maddə düşdüyü üçün dayandırılıb. İşçilər həmin maddəni götürdükdən sonra eskalatoru yoxlayıb və fəaliyyəti bərpa olunub”.

Qeyd edək ki, “Bakı metropoliteni”nin “Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı. Bu ilin sentyabrın 12-də “Xətai” stansiyasının təmirdən sonra açılışı olub.