Çox oxunanlar

Xəbər lenti

Rusiyada Afrika taunu yayılıb
Rusiyada Afrika taunu yayılıb 20 сен 2019, 12:57

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb

25 июн 2018, 15:26
92
Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb


Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb, hazırda respublikada Rusiyanın 759-dan çox şirkəti işləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı deyib.

O əlavə edib ki, Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları bir milyard dollardan çoxdur.

Ölkələr arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli artım nümayiş etdirib. O.Əsədovun sözlərinə görə, bu göstərici 2017-ci ildə 2,6 milyard dollar təşkil edib və 2016-ci illə müqayisədə 34,43 faiz çox olub.