Çox oxunanlar

Xəbər lenti

Rusiyada Afrika taunu yayılıb
Rusiyada Afrika taunu yayılıb 20 сен 2019, 12:57

“Ucuz mahnılar daha çox dinlənilir” - Rahidə Baxışova

31 мая 2018, 14:56
130
“Ucuz mahnılar daha çox dinlənilir” - Rahidə Baxışova


ARB Ulduz-un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Rahidə Baxışova olub.

Milli.Az bildirir ki, müğənni mehribanlığı sevdiyini və şər-böhtanla işi olmadığını deyib:

"Təbiətcə sakit insanam. Mənə toxunmasınlar. Heç kimin toyuğuna "kış" demərəm. Heç kimin xətrinə dəymərəm, şər-böhtan atmaram. Mehribanlığı sevən insanam. Mən qalmaqalları efirdə danışmağı sevmirəm. Kiminləsə aramda inciklik varsa, xoşum gəlmir ki, onu efir vasitəsilə deyim. Kimsə gündəm üçün bunu edə bilər, ancaq mən yox".

İfaçı tamaşaçının zövqünü anlamaqda çətinlik çəkdiyini etiraf edib:

"İndi tamaşaçının zövqünü anlaya bilmirəm. Başa düşmürəm ki, nə istəyirlər. Əslində, bilirəm ki, insanlar daha çox nə dinləyirlər. Ancaq mən o tip musiqilərdən uzağam.

Bəzən olur ki, hansısa bəstəkar mənə mahnı göndərmək istəyir və deyir ki, bu mahnılar sənə yaxşı pul gətirə bilər. Mahnını göndərirlər. Baxıram ki, yox ey, mən bu bəstələri ifa edə bilmərəm. Görürəm ki, ucuz mahnılar daha çox dinlənilir. Tamaçı o tip mahnılara və müğənnilərə maraq göstərir. Lakin həmin mahnıların da ömrü az olur".

Rahidə Baxışova ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilrəsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.